Bu gün Azərbaycanın xalq artisti Aygün Kazımovanın doğum günüdür. Mynews.az Lent.az-a istinadən xəbər verir ki, özəl günündə hədiyyə yağışına tutulan A. Kazımova özü də sevənlərinə hədiyyə etmək qərarına gəlib.
Şou-biznesin kraliçası tam fərqli obrazda Kamran Aydınovun fotokamerası qarşısına keçərək kreativ fotosessiya etdirib.
Fotoları rəsmi “İnstagram” hesabında paylaşan Aygün Kazımovanın fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb. Aygün Kazımovanın saçları üzərində Telman Heybətov və Qusik Simon çalışıb, stil və makiyajı isə xalq artistinin ən böyük layihələrində daim yanında olan stilist Ruxaya həvalə olunub.
Aygün Kazımovanın obrazının bütün ideyası Ruxaya, interyer – dizayn isə Dmitriy Turkana aiddir.
Aygün Kazımovanın ikinci sürprizi isə yeni mahnısı olub. A. Kazımova 30 illik
Yaradıcılığı boyu hər zaman ona dəstək olan müəllimi Cavanşir Quliyevin yeni bəstəsini ifa edib. Mahnı “Şairim” adlanır. Mahnının sözləri Miryusif Mirnəsiroğluna məxsusdur. Mahnının arajimanını da Cavanşir Quliyev edib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub