Teleaparıcı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu proqramda vəfat edən qardaşından danışarkən hönkür-hönkür ağlayıb.
Mynews.az baku.ws-ə istinadla xəbər verir ki, aparıcı illər öncə etdiyi hərəkətə görə özünü hələ də bağışlamadığını bildirib:
"İraqa səfərim vardı, dövlət adamlarından müsahibə götürəcəkdim. Səddam Hüseyndən müsahibə götürmək ən böyük arzum idi. Tam "Kosmos" mağazasının yanına çatanda rəhmətlik qardış İlyas zəng vurdu. Dedi ki, çox vacib sözüm var, təcili yanıma gəl. Dedim, təyyarəyə gecikə bilərəm, qayıdanda ilk sizə gələcəm. Cavab verdi ki, sənə elə bir sözüm var ki, səndən başqa heç kəsə deyə bilmərəm. geri dönəndə məni görməyə bilərsən, bu sözü sənə deməyə bilərəm.
Mən səfərdən qayıdanda artıq qardaşımın dili tutulmuşdu. Belindən ilik çəkilmişdi, əli əsirdi, yaza da bilmirdi. İşimə görə onu dinləmədim, getdim. Bu günə qədər bu hərəkətimi özümə bağışlaya bilmirəm. Görəsən qardaşım mənə nə deyəcəkdi?!"
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub