Müğənni Elnarə Xəlilova “Darıxsan” adlı mahnısına klip çəkdirib. Mahnıya Pantomim teatrının yaradıcısı xalq artisti Bəxtiyar Xanızadə quruluş verib. Sənətkar bildirib ki, ilk dəfədir klip çəkir: “Elnarədən əvvəl heç kimə klip çəkməmişəm, Elnarədən sonra da heç kəsə klip çəkməyəcəm. Azərbaycanda çox yaxşı klip çəkməyi bacaran insanlar var. Mən sadəcə bu işdə ona kömək etdim”. Klipdə Pantomim teatrının aktyorları Bəhruz Vaqifoğlu və Leyla Atayeva da rol alıb.
“Darıxsan” mahnısının musiqisi Məryəm Əlibəyli, sözləri Nicat Qafuroğlu, aranjeman Rəşad Bağırova məxsusdur. Klipin operatoru Ruslan Ağazadədir, montaj və rəng korreksiyası Emin Muradova aiddir.
“Darıxsan”mahnısına çəkilən klipi bu linkdən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=9Q6N_gEzIi4&feature=youtu.be
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub