Qız toyundan tamamilə fərqli obrazda oldum oğlan toyunda. Düzdü, əslində bu tərz heç ağlıma belə gəlməmişdi və ümumiyyətlə, başqa bir əlbisə hazırlanmışdı. Son anda yaşadığımız texniki problemlərə görə, toya bir neçə saat qalmış biz qaçdıq gəlinlik donu axtarışına.
Mynews.az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva İnstaqram-da paylaşıb.
Tanınmış instaqram fenomeni bir neçə gün əvvəl baş tutan toyu haqqında təəssüratlarını izləyiciləri ilə bölüşüb: "Heç şişirtmədən, necə var, elə də yazacam. Bir neçəsini geyindim baxdım, amma buna aşiq olduq hamımız. Üstündə Qafqaz elementləri əks olunmuş bu geyimi seçsəm də, bədən quruluşuma oturtmaq əslində bir neçə gün tələb edirdi. Bütün dərzilər əlindəki işlərini dayandırıb sadəcə bu geyimlə məşğul oldu. Cəmi 1 saata gəlinlik hazır oldu və mən artıq panikam bitmiş halda evə döndüm. Anam deyir ki, yaxşı ki, mənə demədin, yoxsa infarkt keçirərdim". (publika.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub