Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində canlı yayım zamanı dava düşüb.
Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, verilişə zəng edən əməkdar artist Elza Seyidcahanın sözləri müğənni Mətanət Əsədovanı özündən çıxarıb.
Elzanın dediyi "Koronavirus necə yayılıbsa, musiqidə də elə virus yayılıb. Siz də musiqidə koronavirusa düşmüsünüz. Həm kişilər kişisiyəm, həm xanımlar xanımıyam. Manaf, mənimlə kişi kimi danışırsınızsa, hara deyirsiz gəlim, danışın" sözləri Mətanəti əsəbiləşdirib.
O əməkdar artisti tənqid edib: "Bir dəqiqə ay qız. Onun səsini kəsin. Danışma Elza, telefonu söndır. Səsini bağla, onu eşitmək istəmirəm. Ulaq özünsən. Ya durub gedəcəm, ya saxlayın səsi. Elza, məni heç kimlə səhv salma. Bir az ehtiyatlı ol. Ayıb olsun sənə. Bəstəkar, Əməkdar artist adı ayıb olsun. Utanmırsan, ulaqdan, atdan danışırsan? Hələ ki, səni ulaq yerinə qoyub çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Təkbətək görüşüb, cavabını verərəm. Çaşma".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub