Aygün Kazımova Novruz bayramı haqqındakı xatirələrindən danışıb.
Mynews.az İstipress-ə istinadən xəbər verir ki, müğənni Novruzu uşaqlıqdan sevdiyini deyib: "Novruz həyatımın özəl bayramıdır. Bu bayramı çox sevirəm. Novruzun həyatıma bağlılığı çoxdur. Novruz mənim üçün gözəl xatirələrdir, uşaqlığım, doğmalarım, milli adət-ənənələrimizdir. Novruzun çərşənbələrini lap çox sevirəm. Papaq atmalarını, qapı pusmalarını, fala baxmaları... Mənim üçün nağıllar aləmidir".
Xalq artisti fala baxdırmağını desə də, Novruz bayramında bu ənənədən geri qalmadığını bildirib: "Fala baxmaq kimi adətim yoxdur. Fala baxdırmıram. Amma Novruz adəti olan fala baxdırmaq mənim üçün tamam fərqlidir. Ona nağıl kimi baxıram. Qapı pusma adəti mənə nağılları, uşaqlığımı xatırladır. Bu fala özümü inandırmaq istəyirəm. Novruzda yaşadığım hisslər qeyri-adidir.
Bütün Novruz bayramlarım yaddaqalan olub. Hər bayramımın öz özəlliyi olub".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub