Xəbər verdiyimiz kimi Xalq artisti Fəxrəddin Manafov bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və daha sonra evə buraxılıb.
Mynews.az xəbər verir ki, Moderator.az aktyorun həmkarı, “Təhminə” filmində birgə oynadığı türkiyəli aktrisa Meral Konratla əlaqə saxlayıb.
Meral Konrat açıqlamasında aktyorun səhhətindən xəbərsiz olduğunu bildirib:
“Vallah xəbərim yoxdur, indi sizdən eşidirəm. Allah şəfa versin, keçmiş olsun. Necədir? Yaxşıdırmı? Fəxrəddini görsəniz mənim adımdan keçmiş olsun deyərsiz. Bir xəbər olsa mənə də bildirin”, - deyə aktrisa söyləyib.
Qeyd edək ki, aktyorun xəstə olduğu xəbərini müalicə aldığı klinika təsdiqləsə də, hazırda sağlamlıq vəziyyəti qaydasında olan Fəxrəddin Manafov telefon zənglərinə cavab vermir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub