"Heç vaxt alt paltarsız geyim geyinməmişəm" Telli Borçalı

1219
"Heç vaxt alt paltarsız geyim geyinməmişəm" Telli Borçalı

Moda aləmində yeni tərz əmələ gəlib. Məşhur ulduzları alt paltarsız müxtəlif tədbirlərə, təqdimat mərasimlərinə qatılan görürük. Artıq buna gözümüz öyrəşib. Azərbaycanlı məşhurlar bu barədə nə düşünür?

Prodüser Təranə Səmədova: “Düşünürəm ki, hər bir xanım ilk növbədə estetik cəhətdən baxımlı görsənməlidir. Əgər bədən quruluşu buna imkan verirsə və paltar da bunu tələb edirsə, alt paltarı geyinməmək normaldı. Özüm isə alt paltarsız heç bir geyim geyinməmişəm. O zaman özümü narahat hiss edərəm”.

Şairə Nazilə Səfərli: “Geyimlə bağlı sərbəst düşünürəm. Əgər bədən ölçüləri icazə verirsə, niyə də yox. Alt paltarsız geyimlərin dəb olduğunu bilmirdim. Ümumiyyətlə, ziyafət geyimləri onu tələb edir. Pis baxmıram, ola bilər”.

Aşıq Telli Borçalı: “Bu haqda nə danışım? Heç vaxt alt paltarsız geyim geyinməmişəm.Ən yaxşısı kimə nə yaraşırsa, onu da geyinsin. Özü də alt paltarı ilə birgə”.

Aktrisa, aparıcı Tunay Əliyeva: “Qadının bədəni gözəldirsə, onu göstərmək olar. Bədəni qüsurludursa qapamalıdır. Qadın gözəlliyini göstərməlidir. Alt paltarsız qadın çox seksual görsənir. Özüm Bakıda alt paltarsız geyim geyinmirəm, amma xaricdə geyinirəm".

Aktrisa Pərvin Abıyeva: “Alt paltarsız geyinənlərə münasibətim çox normaldı. Şou-biznes nümayəndələri istədiklərini geyinə bilər. Bizim insanlar hələ qəbul etməsələr də, mən bunu normal qəbul edirəm. Ancaq özümün belə geyimim olmayıb. Bizim insanlar xarici müğənnilərin belə geyimini qəbul edir, ancaq özümüzkülərin yox. Bunu yazılan şərhlərdən açıq-aşikar oxumaq olur”.

İfaçı, aktrisa Şəms: "Səhnə adamına yaraşırsa, o hər cür geyinə bilər. Elə geyimlər var ki, onları mütləq alt paltarsız geyinmək lazımdı. Bu da normaldı. Dünya ulduzları belə geyimləri geyinirsə, niyə də biz geyinməyək".

Müğənni Afaq Aslan: Mən buna heç də pis baxmıram. Sonuncu fotosessiyamda xalatın altından heç nə geyməmişəm. Demək olar ki, həmişə geyimlərimi alt paltarsız geyinirəm. Alt paltarsız özümü daha yüngül hiss edirəm”. 





Xəbər lenti