"Mənim üçün dərin və ağrılı mövzudur. Bu mövzuya daha qayıtmayacam".
Mynews.az-ın məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Xəzər maqazin"ə açıqlamasında deyib.
Sənətçi xalq artisti Aygün Kazımovanın ünvanına dediyi "Onu heç vaxt bağışlamayacam" sözlərinə aydınlıq gətirib:
"Düşünürəm ki, dərinliyə getmək olmaz. Bu mövzu bağlandı. Elə belə də qalacaq. İnsaniyyətdən çıxmış adamları yadımda həmişə saxlayıram. İnsan var ki, əlində güc olur və bundan istifadə edir. Sonra əlindəki güc düşür, başlayır şirinlik edir. Özümlə mübarizə aparıram ki, belə insanları bağışlamayım. Çünki gücü olsa, yenə zərbə vuracaq. Bəzi şeyləri unutmaq olmur"
Meyxanaçı rusiyalı tanınmış Taşa Turova ilə yayılan səmimi fotosundan danışıb. O bildirib ki, bu foto onun ailəsində heç bir söz-söhbət yaratmayıb:
"Dedilər ki, ailəli adamdır, gedib kef edir. İndi həmin insanlar gördülər ki, bu fotolar klip üçün çəkilib. Mən o ağılın sahibi deyiləm ki, göz yumum addım atım. Bu klipi çəkdirəndə düşündüm, razılıq yolu ilə addım atdım. Ağlım başımdadır. Belə xəbəri yayaraq ailəmlə arama intriqa salmaq istəyirlər ki, həyat yoldaşı oxuyanda nə olacaq? Hətta klipdəki geyim rəssamlığını həyat yoldaşım edib. Gözəl zövqü var, bəlkə gələcəkdə bu işlə ciddi məşğul oldu. Bacarığı varsa, dəstək olmağa hazıram. Hazırda övladımıza baxır. Düzdür, qızımın dayələri var, amma ana nəzarəti lazımdır".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub