Müğənni Elnarə Xəlilova “Əvəzimi tap” adlı yeni mahnısı üçün kameralar qarşısına keçib. Mahnının söz və musiqisi Şəhriyar Ramazanzadəyə məxsusdur. Klipin əsas süjet xətti kick-boxing idman növü ilə məşğul olan insanlar üzərində qurulub. Ekran işində Elnarə kick-box idman növü ilə məşğul olan xanımı canlandırır. 3 aydır bu obraza hazırlaşan müğənniyə tanınmış idmançılar, “Cobra” İdman klubunun müəllimləri Faiq Abdullayev və Mehman Umudov kick-box dərsləri keçir.
Klipin çəkilişləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində aparılır. Mahnıya rejissor Bəhurz Qurbanlı quruluş verir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub