Aparıcı Vüsalə Əlizadə bir müddət əvvəl avtomobil qəzasında dünyasını dəyişən qardaşı Əlihüseyn Əlizadə ilə bağlı paylaşım edib.
Mynews.az xəbər verir ki, mərhum qardaşının 33 yaşı tamam olması münasibətilə status yazan Vüsalə, onu itirməyin çox ağır olduğunu belə dilə gətirib:
"Bu gün sənin günün. Allahım səni 5 bacıya ərməğan etdi. Uşaqlığımın ən böyük arzusu, qardaşım. Yaraşıqlım, dağım, ən uca zirvəm, güvənim, fəxrim, dayağım, başımın tacı. Vətən, torpaq aşiqi igidim. Doğum günün mübarək.
Bacısının bir dənəsi, sənə uzun ömür, can sağlığı, yüksək rütbələr, bol şans arzu edirəm. Allah səni xətadan, bəladan uzaq etsin. Qardaşımın 33 yaşı tamam olur, ay camaat. Təbrik yazmışam, cənnətə necə göndərə bilərəm? Kömək edin nə olar. Gün bitir, gecikir, sonra küsər bacısından".
Xatırladaq ki, aparıcının qardaşı Əlihüseyn Əlizadə ötən ay ağır yol qəzasına düşərək vəfat edib.


1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub