Məşhur türkiyəli müğənni İbrahim Tatlısesə məhkəmə qərarı ilə 740 lira cərimə və 2 ay 15 gün həbs cəzası verilib.
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, İbrahim Tatlısesin "Tatlıses TV"nin baş meneceri olaraq çalışan Fulya Akbay Toprakı hədələdiyi və təhqir etdiyi iddiasıyla 4 ilə qədər həbs cəzası ilə mühakimə olunduğu məhkəmə başa çatıb.
Fulya Akbay Toprak vəkili Şeyda Yıldırım vasitəsi ilə prokurorluğa müraciət edərək müdiri İbrahim Tatlısəsin onu təhdid etdiyini və təhqir etdiyini iddia edərək şikayət edib.
Toprakın şikayət ərizəsində Tatlısesin də məsləhətçisi olduğunu ifadə edən vəkil Şeyda Yıldırım "İbrahim Tatlıses cib telefonu ilə müştərimə təhqiramiz mesajlar göndərdi. Cəzalandırılmasını istəyirik" -deyib.
Məhkəmə İbrahim Tatlısesə 740 lira cərimə və 2 ay 15 gün həbs cəzası verib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub