Aparıcı Azər Zahidin qazi ilə sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.
Mynews.az xəbər verir ki, videoda aparıcı görmə məhdudiyyətli qaziyə zərf verərək "Sən onsuz da saya bilməyəcəksən" deyib.
Azərin bu sözləri sosial şəbəkə istifadəçilərini hiddətləndirib. Onlar aparıcının qazi ilə bu cür rəftarını qınayıblar.
Baş verənlərlə bağlı Mynews.az-ə açıqlama verən aparıcı sözügedən görüntülərin bütöv versiyası olduğunu, sadəcə o hissəni kəsib paylaşaraq onu nüfuzdan salmaq istəyən qruplaşmaların olduğunu qeyd edib:
"Videoda 3 qazi var. Mən onlara maddi yardım olaraq öz cibimdən hərəsinə 1000 dollara yaxın təxmini 1600 AZN pul vermişəm. Yayılan görüntülər həqiqəti əks etdirmir. O videonun uzun versiyası var. Sadəcə məni gözdən salmaq istəyənlər o hissəni kəsərək paylaşıb. "Sən onsuz da saya bilməyəcəksən" sözlərini dediyim qazinin xalası oğlu da orada idi. O məqsədlə dedim ki, yəni pulları xalan oğlu sayar".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub