“ARB Ulduz”un “Şou-məkan” proqramının növbəti qonağı müğənni Rəşad İlyasov olub.
Mynews.az-ın Axşam.az-a istinadən məlumatına görə, ifaçı yeni mahnı yazdırdığını bildirib:
"Studiyadan gəlirəm. Gözəl bir fars mahnısı yazdırdım. Mahnı “Çahargah” muğamı üstə yazılıb. Bir ərəb mahnısı da yazdırdım. Sözləri Azərbaycan türkcəsindədir. Sevinc Çılğından rica elədim, sözlərini yazdı. “Təsəllilər” adlanır".
R.İlyasov yaxşı bəstəkarların azlığından şikayətlənib:
“Yaxşı bəstəkarlarımız olsa da, azdır. İstəyirəm ki, bizim mahnılarımız çox yazılsın. “O səs Türkiyə”də bizim mahnılar səslənəndə türkiyəlilər valeh olurlar. İlk tonundan bilinir ki, Azərbaycan musiqisidir”.
İfaçı türk aranjimançılarına, musiqiçilərinə pul xərcləyən yerli məşhurların bu addımını qəbul etmir:
“Ümumiyyətlə, çox yanlış bir şeydir. Türkiyədə pul töküb işləmək çox az hallarda tutur. İndi elə mahnılar yazılır ki, türk estradasına yaxındır. Açığını deyim ki, ucuz da başa gəlir. Ona görə Türkiyəyə müraciət edirlər. Ancaq çox yanlış bir şeydir”.
R.İlyasov Lalə Məmmədova ilə yeni duet hazırladığını da deyib:
“Duetlərimiz var. Əməkdar artist Lalə Məmmədova ilə. Mahnı aranjiman olunur. Hazırlıqlar gedir. Gözəl mahnıdır".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub