Ebru Gündeşin Azərbaycanda verəcəyi konsertin qarşısını aldığını iddia edən Azəri qızı Günel öd püskürüb.
Mynews.az xəbər verir ki, sosial media hesabından üsyan edən müğənni yaranan problemlə bağlı danışıb:
"25 illik sənət həyatımda heç kimə paxıllıq etməmişəm, yeməyini kəsməmişəm. Ürəksizsən, pissən. Bilirsənmi, mane olanların cəzası bu dünyada böyükdür. Cəhənnəm. Nə istəyirsən? Hər şey bitdi. İllərin təcrübəli müğənnisinə nə olub? Sizi dəvət ediblər? Qorxmusunuz? Qorxmayın, biz qonaqpərvər xalqıq. Biz qonaqlara pislik etmirik. Azərbaycan xalqını tanıyırsız. Sizdən narahat deyiləm. Sizin komandanız 25-30, mənim komandam 15 nəfərdir. Mənimlə çörəkpulu qazanır. İnsanın vicdanı sızlamazmı heç? Kimi dəvət edirlər, həmin sənətkar gəlir, hər kəs öz işinin öhdəsindən gəlir, qarışmaq böyük günahdır”.
Qeyd edək ki, 13 yaşında İbrahim Tatlısəsın dəstəyi ilə müğənni olan Günel illər əvvəl evliliyə hazırlaşdığı Rza Zərrabın onu Ebru Gündeşlə aldatdığını öyrənib.
Xəyanətdən şoka düşən Günel açıqlamasında "Ebru Gündeşlə aldadıldığımı gəlinlik məşqində olarkən öyrəndim" deyib.

1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub