Aparıcı Nurlana Cəfərova uzun fasilədən sonra "İctimai TV"də işə başlayıb.
Mynews.az xəbər verir ki, o, artıq bu gün "Dikdaban" proqramında aparıcı kimi tamaşaçı qarşısına çıxıb. Bununla bağlı Nurlana sosial şəbəkədə də paylaşım edib:
"3 illik fasilədən sonra yenidən efirə qayıdıram. Bütün bu zaman ərzində məndən öz sevginizi, xoş sözlərinizi, diqqətinizi əsirgəmədiyiniz üçün çox sağ olun".
Qeyd edək ki, proqramda Nurlana ilə yanaşı Aysel Zahidqızı və İlahə Şıxlinskaya da aparıcılıq edir.
Nurlana Cəfərova ATV kanalında, daha sonra isə AzTV-də çalışıb. O, ailə qurduqdan sonra İzmirə köçərək efirdən uzaqlaşmışdı.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub