İstər mahnıları, istər bahalı həyat tərzi, istərsə də özəl həyatları ilə gündəmə gələn şou-biznes nümayəndələri zaman-zaman mülkləri ilə də diqqət çəkirlər. Onlar arasında bəziləri də var ki, nəinki Azərbaycanda, sərhəddən kənarda da mülk almağa üstünlük verirlər. Bunun üçün isə onlar daha çox qardaş ölkə Türkiyəyə üz tuturlar.
Mynews.az Türkiyənin ən gözəl şəhərlərində mülk sahibi olan məşhurlarımızla bağlı araşdırma aparıb.
Bu siyahıda ilk pillədə xalq artisti Röya Ayxan gəlir. İstanbulda evi olan sənətçi, daha sonra açıqlamasında Mayamidə də oğlu Hüseyn üçün ev almaq istəyini açıqlamışdı. Xalq artisti hər ölkədə bir evinin olmasını arzuladığını da bildirmişdi.
2018-ci ildə mətbuatda çıxan xəbərlərə görə həmin ildə Aygün Kazımova və Rəqsanə İsmayılova da İstanbulda ev alıb. Hazırda həmin evlərin mövcud olub - olmaması hada məlumat yoxdur.
Müğənni Zamiq Hüseynov da İstanbulda mənzil sahibi olan məşhurlardandır. Hətta ilin hər fəslində onu İstanbulda istirahət edərkən görmək mümkündür.
Aparıcı-prodüser Tarix Əliyev, Ayan Babakişiyeva, Brilliant Dadaşova, Natavan Həbibi, Aytac Tovuzlu da İstanbulu seçənlər arasındadır.
Müğənni Nazəninin də İstanbulun Beylikdüzü səmtində evinin olduğunu açıqlamışdı. Nadir Qafarzadə isə bir neçə il öncə İstanbulda ev aldığını açıqlasa da, pandemiya dövründə onu satdığını deyib.
Xalq artisti Tünzalə Ağayevanın İstanbulda evinin olduğu deyilir. Daha sonra mətbuatda onun Bodrumda da mülk aldığı xəbərləri yayılmışdı.
Müğənni Samir Piriyev və iş xanımı Ruhi Əliyeva da yatırım üçün Bodrumu seçənlərdəndir. Hər üç simanın Bodrumun mərkəz hissəsində mülkləri mövcuddur.
Xalq artisti Miri Yusif isə İzmir Kuşadasında ailəsi üçün böyük həyət evi alıb. Artıq bir neçə ildir ki, müğənninin xanımı övladları ilə birlikdə Kuşadasında yaşayır. Xalq artisti buna səbəb olaraq övladlarının təhsilini göstərmişdi.
Gənc müğənni Elvin Abdullayev isə həmkarlarından fərqli olaraq mülk sahibi olmaq üçün Ankaranı seçib. O məclis üçün getdiyi şəhəri o qədər bəyənib ki, oradan villa almaq fikrinə düşüb. İkimərtəbəli ev alan müğənni evinin çox gözəl yerdə yerləşdiyini deyib.
Türkiyədə biznes quran müğənni Elçin Cəfərov da İstanbulda evi olan məşhurlardandır.
Əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı, mərhum prodüser "SOY" prodakşının rəhbəri Oqtay Əliyev də 2017-ci ildə xanımına ad günü hədiyyəsi olaraq İstanbulda ev hədiyyə edib.
Bir zamanlar Türkiyədə yaşayacağını deyərək Azərbaycanı tərk edən aktrisa Pərvin Abıyeva da İstanbuldan ev aldığını bildirmişdi.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub