Müğənni Aysun İsmayılova "Rəngarəng" verilişində qonaq olub.
Mynews.az xəbər verir ki, Aysun müğənni həmkarları Sevil-Sevinc ilə küsülü olması xəbərlərini təsdiqləyib.
Sənətçi ilk dəfə bunun səbəbini açıqlayıb:
"Aramızda böyük bir problem olmayıb. Amma küsülü olduğumuz doğrudur. Mən dost dediyim insanlara çox dəyər veririəm. Onların mənfilərini belə heç zaman kiminsə yanında dilləndirmərəm. Dostumun mahnısı pis də olsa, mən heç vaxt o mahnını pisləmərəm. Amma onlar qatıldıqları verilişdə mənim mahnım səslənəndə dedilər ki, "Biz belə mahnılara qulaq asmırıq". Özlərinə baxanda isə maşaplardan başqa hansı mahnılarının tutduğunu deyə bilərik ki? Bu söhbətdən sonra barışmışdıq. Amma dost dediyim insan xoş günümdə mənim yanımda olmursa, burada hansı dostluqdan söz gedə bilər? Heç bir xeyir işimdə məni təbrik etmədilər. Öz işlərində də məni dəvət etmədilər, dostluğumuz bitdi."
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub