ATV-də yayımlanan "Gün ortası" verilişində qalmaqal yaşanıb.
Mynews.az xəbər veriri ki, verilişdə qonaq olan müğənni Aygün Şükürova və həmkarı Yaşar Cəlilov səhnə arxasında söz savaşına çıxıb.
Daha sonra veriliş başlasa da Aygün Şükürova canlı efirə çıxmaqdan imtina edib və qalmaqal canlı yayımda davam edib.
Yaşar Cəlilov məsələyə aydınlıq gətirərək mübahisənin bayağı mahnılar üzərində düşdüyünü və Aygünün onunla kobud rəftar etdiyini bildirib.
Yaşarın sözlərinə görə mübahisənin alovlanmasına səbəb Aygünün aparıcı prodüser Tarix Əliyevi tənqid edərək "Tarix "Tiktok"u bəyənmir, bütün günü canlı açıb orada oturur" sözlərini deməsi olub.
Yaşar Aygünə irad bildirərək aparıcının dalınca danışmamasını, qeybət etməməsini tövsiyyə edib. Qalmaqalın böyüdüyünü görən Yaşar, Aygünün həyat yoldaşı Kənan MM-ə zəng edərək ondan şikayət edib.
Aygün Şükürova Yaşarın bu hərəkətinin yalnış olduğunu və onu Kənanla şantaj etdiyini bildirib.
Digər müğənni Azad Fərəc verilişə daxil olandan sonra Aygün Şükürova efiri tərk edib və veriliş onsuz davam edib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub