İstanbulda qanunsuz mərc oyunlarına təşviq ittihamı ilə bağlı Mehmet Ali Erbil barəsində tətbiq olunan "ev həbsi" qərarı ləğv edilib.
Mynews.az hürriyyet.com.tr-yə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu qanunsuz mərc oyunları reklamında iştirak edərək insanları bu fəaliyyətə təşviq etdiyi iddiası ilə şoumen Mehmet Ali Erbil və müğənni Serdar Ortaç da daxil olmaqla bir neçə şübhəli barədə araşdırma başladıb. 11 noyabr 2024-cü ildə Erbil və Ortaç həbs olunmuş, daha sonra onlar üçün "ev həbsi" şəklində məhkəmə nəzarəti tədbiri tətbiq edilmişdi.
Etiraz əsasında İstanbul 16-cı Ağır Cinayətlər Məhkəməsi Serdar Ortaçın ev həbsi qərarını ləğv etmişdi. Eyni qaydada Erbilin də "ev həbsi" qərarı ləğv edilib. Məhkəmə Mehmet Ali Erbilə hər həftənin bazar ertəsi günü imza atma şərti ilə məhkəmə nəzarəti tətbiq edilməsinə qərar verib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub