Los-Anceles məhkəməsi müğənni Britni Spirs ilə Sem Əsgəri arasında boşanma prosesini dekabrın 2-də, sənətçinin 43-cü doğum günündə başa çatdırıb. Bu barədə Mynews.az məlumat yayıb.
Məşhurun boşanması yeddi ay davam edib. Cütlük 2023-cü ilin iyul ayının sonunda, toylarından 13 ay sonra ayrılıb. Onların səs-küylü şənliyində Paris Hilton və Selena Qomez iştirak edib.
Boşanmanın rəsmi səbəbi “barışmaz fikir ayrılıqları” olub. Əsgərinin yaxınları iddia edirdilər ki, kişi xəyanətlərdən, dava-dalaşdan bezib. Son münaqişə zamanı Spirs balta ilə sevgilisini təqib etdiyini söyləyib. Əsgəri ilə evliliyi müğənninin üçüncü evliliyi olub. 2004-cü ildə jurnalist Jason Alexander ilə evləndi, lakin onlar cəmi 55 saat evli qalıblar. Müğənninin ikinci əri rəqqasə Kevin Federlayn olub: 2004-cü ildə evlənib, 2007-ci ildə boşanıblar. Onların iki oğlu var: 19 yaşlı Şon Preston və 18 yaşlı Ceyden Ceyms.
Məhkəmədən sonra Britni Spirs şəxsi təyyarəsi ilə Meksikaya gedib. “People” mənbəsi bildirib ki, Spirs “əyləncəli tətil” üçün xaricə uçmağı səbirsizliklə gözləyir. O, ad gününü dostları ilə “günəş altında” qeyd etməyi planlaşdırır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub