Meyxanaçı Namiq Qaraçuxurlu ötən gecə dünyasını dəyişən həmkarı Xəyyam Əhmədlinin əməmliyyatına dəstək olmaq istəyən şəxsdən danışıb.
Mynews.az-ın məlumatına görə, axşam.az-a açıqlama verən Namiq Qaraçuxurlu bildirib ki, Xəyyamı Rusiyaya aparmağa hazırlaşsalar da, alınmayıb:
"Meyxanaçılar Xəyyam üçün 70 min manatdan çox pul toplamışdı. Amma onun əməliyyatını etdirmək istəyən şəxs dedi ki, bütün pulu özüm ödəyəcəyəm. Həmin şəxs onu Moskvada əməliyyat etdirmək istəyirdi. Xəyyam isə bildirdi ki, Belarusiyada həkim tapıb və oranı istəyir. Xərci çəkən adam da dedi ki, harada istəyirsiniz etdirin, mən məbləği ödəyəcəyəm. Hətta yolxərcini də öz üzərinə götürmüşdü. Düzdür, onun xarici ölkəyə aparılması riskli idi. Hələ bir il əvvəl Xəyyam reanimasiyaya yerləşdiriləndə həkimlər bildirmişdi ki, gedin dəfnə hazırlaşın. Onun bir il yaşaması möcüzə idi".
N.Qaraçuxurlu Xəyyam üçün meyxanaçıların topladığı məbləğin aqibətindən danışıb:
Həmin məbləğ ailəsinə veriləcək. Onlar nə məsləhət bilərlər edərlər. Mən öz və Xəyyamın ailəsinin adından bütün meyxanaçılara, ona dəstək olanlara təşəkkür edirəm".
Qeyd edək ki, Xəyyam uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub