Mahsun Kırmızıgül ötən həftə dünyasını dəyişən anası Faike Arık üçün ehsan süfrəsi verib.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, başsağlığına gələnlər arasında Kırmızıgülün illərdir küsülü olduğu Özcan Dəniz də olub.
Anası ilə uşaqlıq fotosunu İnstaqram hesabında paylaşan məşhur sənətçi Mahsun Kırmızıgül bu qeydi yazıb:
"Anamın vəfat etdiyi bu ağır günlərdə yanımda olan, sevgisini və dəstəyini əsirgəməyən hər kəsə səmimi qəlbdən təşəkkür edirəm. Dərdimizi bölüşən, zəng edib soruşan, mesaj göndərən, gül göndərən, dəfn mərasimimizə, qəbiristanlığımıza gəlib başsağlığımızda iştirak edən bütün dostlarıma, həmkarlarıma, əzizlərimə səmimi təşəkkürümü bildirirəm. Bu çətin günlərdə dəstəyiniz mənim üçün ən böyük təsəlli oldu. Təşəkkür edirəm".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub