Əməkdar artist Elza Seyidcahanın (Qasımova) müğənni Roza Zərgərliyə (Allahverdiyeva) qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Mynews.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şikayət icraata qəbul olunub və Roza Zərgərli təqsirləndirilən şəxs kimi tanınıb.
Məhkəmənin baxış iclası dekabrın 23-nə təyin olunub.
Qeyd edək ki, Elza Seyidcahan məhkəmədən Roza Zərgərlinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham olunmasını, barəsində həbs qərarı çıxarılmasını xahiş edib.
İddiaya görə, Roza Zərgərli sosial şəbəkədə Elza Seyidcahanın ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub