Çoxdandır efirlərdə görünməyən əməkdar artist Abbas Bağırov yaradıcılığında "fırtınaqabağı sakitlik" olduğunu deyib.
Mynews.az xəbər verir ki, Yeniçağ.Az-a açıqlama verən müğənni yeni layihələr üzərində çalışdığını bildirib: "Bomba düşməmişdən əvvəl səsi gəlir. Yeni mahnılar, kliplər gəlir, hazır olun".
Müğənni filmə çəkilmək arzusundan da danışıb:
"Qardaşlar" serialına çəkilmişəm, maraqlı filmlər olsa, yenə çəkilərəm. Əslində, indi yazılan ssenarilərın çoxunu bəyənmirəm. Çünki nə süjet xətti, nə də ümumi ssenari baxımından məni qane etmir. Çox istərdim ki, Türkiyədə məşhur olan "İçəridə" və "Güney Qüzey" kimi seriallara çəkilim. Ona görə yox ki, türk serialına çəkilmək istəyrəm, sadəcə olaraq, bu serialların süjet xətti, ssenarisi çox xoşuma gəlir".
O, polis obrazında çəkilmək arzusunu da gizlətməyib: "Mən araşdırıb, axtarıb, cinayətkarı yaxalayan detektiv, ya da polis rolunda çəkilmək istəyirəm. Cinayətkarı cəzalandırıb, həbsə atdıracam. Qoy ağıllansınlar. Əslində, həyatda qəddar biri deyiləm, amma filmdə qəddarlaşa bilərəm".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub