USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Məşhur Türk aktyorunun “əqrəb” sirri illər sonra açıldı Tükürpədici FOTOLAR

18:18 24.03.2017
Məşhur Türk aktyorunun “əqrəb” sirri illər sonra açıldı Tükürpədici FOTOLAR
18:18 24.03.2017
Türk kinomotoqrafiya tarixinin ən çox izlənilən filmlərindən olan – məşhur aktyor Cüneyt Arkının baş rolda oynadığı "Savulun Battal Qazi Geliyor" filmində istifadə olunan və izləyiciləri qorxudan əqrəblərin sirri indi açılıb. 
 
Moderator.az Türk mediasına istinadla xəbər verir ki, səhnədə Cüneyt Arkının üzündə gəzişən əqrəblərin əslində hamam böcəyi olduğu ortaya çıxıb. 
 
Filmin yenidən rəngləndirildiyi və restravrasiya edildiyi bəzi səhnələrində gerçəklərin gözlə görülə bilindiyi təsdiqlənib. 
 
Məşhur səhnədə əqrəb yerinə üzərlərində əqrəb şəklində plastiklər yapışdırılan hamam böcəklərindən istifadə olunub.
 
Göründüyü kimi kino çəkilişində texnoloji imkanların zəif olduğu dönəmlərdə aktyorlar canlı səhnələri yaratmaq üçün hər cür çətinliklərə və risqlərə gediblər. Texniki vasitələrlə istənilən effektin əldə olunduğu indiki vaxtda hansısa aktyorun, üzündə canlı böcəklərin gəzməsinə razılıq verməsi o qədər də ağılabatan görünmür.
 
 
Məşhur filmdə “əqrəblərin” rol aldığı səhnəyə aid fotoları da təqdim edirik:
 
 
 

Xəbər lenti