Tanınmış amerikalı müğənni Beyonsun “Cowboy Carter” adlı albomu ilin ən yaxşı albomu nominasiyasında “Qremmi” mükafatına layiq görülüb.
Mynews.az xəbər verir ki, ABŞ-nin səsyazma akademiyasının 67-ci mükafatlandırma mərasimi qurumun saytında canlı olaraq yayımlanıb.
Bu albomuna görə, qazandığı mükafatla o, karyerası ərzində xidməti siyahısında olan mükafatların sayını 33-ə çatdırmış olub.
Mükafatı səhnədən müğənniyə onun həmkarı Teylor Svift təqdim edib.
Bu arada ilin ən yaxşı mahnısı adına isə Kendrik Lamarın – “Not Like Us” adlı treki layiq görülüb. Adıçəkilən mahnı eyni zamanda ilin ən yaxşı rep mahnısı nominasiyasının qalibi olub. Ən yaxşı gənc ifaçı nominasiyasında isə Çappel Roan qalib gəlib.
İlin ən yaxşı solo performansı nominasiyasında Sabrina Karpenterin “Espresso” ifası mükafatlandırılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub