Mehmet Ali Erbilin qanunsuz mərc oyunlarına təşviq etdiyi iddiası ilə məhkəmə qarşısına çıxdığı işdə prokurorluq rəyini açıqlayıb.
Mynews.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, prokurorluq Erbilin 3 ilə qədər həbs cəzası verilməsini tələb edib. Məhkəmə Erbil üçün tətbiq edilən "imza atma" şəklindəki məhkəmə nəzarəti tədbirinin ləğv olunmasına qərar verib. Məşhur şoumen isə aylıq gəlirinin 300-400 min lirə olduğunu açıqlayıb.
Daha sonra müdafiə çıxışı edən Erbil deyib: "Bir otelin açılışı üçün Maltaya dəvət olunduq. Serdar Ortaç ilə birlikdə getdik, amma bizi başqa bir hadisənin içinə çəkməyə çalışdılar. Bir saytın canlı yayımına daxil etməyə çalışdılar. Bizə bir köynək verib geyinməyimizi istədilər ki, reklam olsun, amma geyinmədik. Mən videoda açıq-aşkar “qanunsuz mərc oynaya bilmərəm, siz də oynamayın” dedim.
Əgər bu bir reklam olsaydı, belə bir söz deməzdim. Biz oraya reklam üçün deyil, açılış üçün getmişdik. Bu, karyera və ya yaşla bağlı bir şey deyil, hətta böyük professorlar da aldadılır. Bizim də basirətimiz bağlandı. Belə bir utancverici cinayətlə bağlı burada olmaqdan utanıram".
Serdar Ortaç məhkəmədə şahid qismində dindirilib. O ifadəsində deyib: "Maltaya getdikdən sonra bizə yemək verəcəklərini dedilər və süfrə açıldı. Sonra masa arxasında müsahibə verməyə başladıq, hər şey yaxşı gedirdi, amma bir anda mövzu qumara çevrildi. Daha sonra köynək geyindiklərini gördük. Bizə də pul təklif etdilər ki, köynək geyinin. Biz isə dərhal oradan qaçdıq. Peşman olduq, amma artıq çox gec idi. Səhər ilk uçuşla geri döndük".
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub