Xalq artisti Elmira Şabanovanın ATV nin efirində yayımlanan “Günəşim ol” teleserialı ilə bağlı tənqidi fikirləri cavabsız qalmayıb.
Mynews.az xəbər verir ki, yeniçağ.az-a açıqlama verən həmin serialın rejissoru Şahin Qəhrəman tanınmış aktrisanın ittihamlarını qəbul etməyib:
“Bütün dünyada oğurluq da var, qətl hadisələri də, elə bizdə də məgər belə hadisələr olmur ki? Bu, reallıqdır. Hər kəsin fikrinə hörmətlə yanaşırıq. Mənim çəkdiyim serial kiminsə xoşuna gələ bilər, kiminsə yox. Yaxud da hansısa rejissor, ya aktyoru hər kəs bəyənə bilməz, zövqlər müxtəlifdir.
Elmira xanım deyir ki, biz musiqini “Kara sevda”dan oğurlamışıq. Xeyr, mən özüm o seriala baxıram, amma bu oxşarlıq məsələsini birinci dəfədir, eşidirəm. Bu musiqi gənc bəstəkar Zaur Zeynala məxsusdur. Qaldı ki, süniliyə, serialda kasıb kəndlinin villada yaşamasına, Elmira xanım bir az diqqətlə baxsaydı, görərdi ki, ordakı qəhrəman Fərhad heç də kasıb deyil, atasının işi-gücü, var-dövləti olub. Serialdakı digər qəhrəman Süleymanın bahalı imarəti olub, sonradan villasını satdı və özünə iş qurdu”.
Qeyd edək ki, xalq artisti Elmira Şabanova Yeniçağ.Az-a açıqlamasında “Günəşim ol” teleserialını sərt tənqid edib:
“Görürəm, hətta musiqi, qəhrəmanların istifadə etdikləri sözlər belə türk seriallarından oğurlanıb. “Kara sevda”da eşitmişəm o musiqini. Seriallarda sünilik çoxdur. ATV-də nümayiş olunan “Günəşim ol” serialı var. Kənd həyatından bəhs edir, amma baxırsan ki, kasıb adam villada lüks həyat yaşayır. Yenə biznesmen olsaydı, inandırıcı olardı. Digər tərəfdən ən dəhşətlisi budur ki, bizim serialların əsəriyyətində vurmaq-öldürmək təbliğ olunur. Axı bu seriala uşaqlar da baxır, onlar pis örnək götürür. Qəhrəmanlar üstündə silah gəzdirir, küçədə qabağına çıxanı qətlə yetirir”.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub