4 il əvvəl döş xərçəngi diaqnozu qoyulan türkiyəli sevilən aktrisa Canan Ergüder xəstəlik prosesindən danışıb.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xərçəng xəstəliyinə tutulduğunu serial çəkilişlərində öyrəndiyini deyən aktrisa komanda yoldaşlarının dəstəyi sayəsində özünü daha yaxşı hiss etdiyini bildirib.
"Mənim çox yaxşı dostlarım var. Çünki həyatımın ən ağır xəbərlərindən biri xərçəng xəbəri idi və o xəbəri serial çəkilişlərində 80 nəfərin gözü qarşısında aldım. Həmin 80 nəfər bir araya gəlib məni ayaqda saxladı. Onlar böyük dəstək oldular".
Canan Ergüder xəstəliyin həyatına gətirdiyi dəyişiklikləri belə izah edib:
"Mən çox yük götürə bilən insanam. Amma indi özüm üçün daha çox şey edirəm. Məsələn, mən idmanla məşğul olmalıyam. Bəzən yaddaşım gedir, beynimdə duman olduğunu hiss edirəm. Buna görə bədənimi formada saxlamaq üçün əlavə səy göstərməliyəm. Mən ipi buraxdığım an geriləmə başlayır. Uşağım üçün narahatam. Onu necə gələcək gözlədiyini bilmirəm. Bütün çətinliklərə baxmayaraq, onu yaxşı insan kimi yetişdirmək həqiqətən çətindir. İlk növbədə ona özünü tamamilə qorumağı öyrətmək lazımdır. Yazıq uşağım 3 yaşından nə görüb? xərçəng xəstəsi ana, pandemiya və zəlzələ..."
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub