USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Gənc müğənni yeniliyindən danışdı AÇIQLAMA

17:06 26.01.2017
Gənc müğənni yeniliyindən danışdı AÇIQLAMA
17:06 26.01.2017
Müğənni Mərdan Kazımov yeniliyi haqqında danışıb. SİA-ya açıqlama verən ifaçı yeni mahnı hazırladığını bildirib: "Yeni mahnı ərsəyə gətirmişəm. Bəstə "İstərəm" adlanır. Mahnının sözləri və musiqisi Vəfa Axundovaya aiddir. Vəfa xanım bu bəstəni mənə hədiyyə verib. Bəstənin aranjemanı Fərid Ağaya məxsusdur. Məncə bəstə dinləyicilər tərəfindən bəyəniləcək". 
 
İfaçı duet oxumaq istədiyini də bildirib: "Gələcəkdə nəzərimdə tutduğum bir neçə müğənnilər var ki, onlarla duet oxumaq istərdim. Həmin sənətçilər əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Natavan Həbibi, Ramal İsrafilov və Elnarə Xəlilovadır. Fikrimcə, adlarını sadaladığım ifaçılarla bir araya gəlsəm mükəmməl duet alınar". 

Xəbər lenti