Azərbaycanın Xalq artisti Naibə Allahverdiyevaya ağır itki üz verib.
Mynews.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Xalq artistinin qardaşı Arif Kərimov Rusiyada qəfil insult keçirərək vəfat edib.
Bununla bağlı məlumat Xalq artistinə bu gün özəl telekanalların birində canlı yayımda qonaq olarkən bildirilib.
Verilişdə xəbəri alan Naibə Allahverdiyavanın vəziyyəti pisləşib, efirdən çıxarılıb.
Məşhur Xalq artisti məlumatı təsdiq edib.
Qeyd edək ki, Naibə Allahverdiyeva teatr sənətinin ən önəmli aktrisalarından biridir, 2018-ci ildə isə "Xalq artisti" fəxri adı ilə təltif olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub