Dünya ulduzu Madonna 20 illik ədavətdən sonra müğənni həmkarı Elton Con ilə barışdığını açıqlayıb.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Madonna şəxsi "instagram" hesabında məlumat verib.
Madonna şəxsi bloqunda Con ilə birgə fotosunu yerləşdirib.
O, sənətçi ilə "Saturday Night Live" şousunda səhnə arxasında görüşdüyünü və Elton Condan onun ünvanına səsləndirdiyi təhqirlərə görə üzr istədiyini deyib.
"Ondan üzr istədim və aramızdakı divar uçdu. Bağışlamaq güclü bir vasitədir. Bir neçə dəqiqə qucaqlaşdıq və düşmənçilik bitdi" deyə Madonna paylaşımında bildirib.
Madonnanın sözlərinə görə, Con hətta ona həsr olunmuş mahnı yazıb və onu əməkdaşlığa dəvət edib.
Xatırladaq ki, iki ulduz arasında ədavət 2004-cü ildə Elton Conun Madonnanın "Die Another Day" trekini sərt şəkildə tənqid etməsi ilə başlamışdı. O, kompozisiyanı "tarixdəki ən pis mövzulu layihə" adlandırmışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub