"Kanal S"də yayımlanan "Xəbərin var?" verilişinin aparıcısı, jurnalist İsa Şükürov paylaşımı ilə diqqət çəkib.
Mynews.az xəbər verir ki, o, həmkarı, "Xəzər TV"nin "İncə səhər" verilişinin aparıcısı Vüsalə Əlizadəni sərt şəkildə tənqid edib.
Aparıcının tənqidinə səbəb Əlizadənin "Xəbərin var?" verilişində Hüseyn Məhəmmədoğlunun səsləndirdiyi fikirləri müzakirə edən zaman İsa Şükürovun verilişinin adını çəkməməsi olub.
İsa Şükürov Vüsalə Əlizadənin bu hərəkətinə sosial media hesabından cavab verib:
"Siz Allah, bunun danışığına baxın? Mənim verilişimdə baş vermiş məsələni müzakirə edirsən amma nə işlədiyim kanalın, nə də verilişimin adını çəkməyi özüvə rəva bilmirsən. Sən hər zaman Zümrüd Bədəlovanın da, Zaur Nəbioğlunun da verilişlərinə baxıb, orada danışılan mövzulara toxunursan. Amma ad çəkməyə dilin gəlmir. Onlar özü bilər. Amma mən sənə yerini bildirməliyəm. Bundan sonra qulağına nəsə çatanda, araşdır, gör hansı kanalda, hansı verilişdə olub o söz, sonra danış. Mənim verilişimin, kanalımın adını çəkmirsənsə, müzakirəmizi də aparma. Yəqin, bu sözlərimi sənə çatdırmazlar, birbașa özün oxuyarsan".

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub