“Avroviziya” 2025-in finalında Azərbaycan adından xalları Safura Əlizadə elan edəcək.
Mynews.az xəbər verir ki, bu haqda mahnı müsabiqəsinin ölkəmizdəki lisenziyalı yayımçısı İTV məlumat yayıb.
Müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Safura Azərbaycan münsiflərinin səslərini canlı yayımda təqdim edəcək.
Qeyd edək ki, bu, Safuranın bu rolda ilk çıxışı deyil – o, 2010 və 2011-ci illərdə də Azərbaycan adından xalları təqdim etmişdi.
Xatırladaq ki, Safura 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində “Drip Drop” adlı mahnısı ilə 5-ci yerə layiq görülmüşdü.
Bu il müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir və Azərbaycanı “Mamagama” qrupu “Run with u” mahnısı ilə təmsil edir. Final mərhələsi 11 may 2025-ci ildə keçiriləcək və milyonlarla tamaşaçı bu həyəcanlı anlara canlı şahid olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub