Ailə qurduqdan sonra Türkiyədə yaşamağa başlayan ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədova birdəfəlik Azərbaycana köçür.
Mynews.az xəbər verir ki, bu haqda o, qonaq olduğu "Bir gün” verilişində bildirib.
Aparıcı illər öncə televiziyadan yorularaq uzaqlaşmaq qərarı aldığını deyib:
"Mən ailə qurub Türkiyəyə köçməmişdim. Əksinə, ora köçdüm və daha sonra orada ailə qurdum. Televiziyadan yorulduğum üçün belə bir qərar almışdım. Hər gün, fasiləsiz işlədyim üçün çox yorulmuşdum. Amma indi televiziyaya geri qayıtmağı çox istəyirəm. Heç kimi pisləmək istəmirəm amma indi televiziyalarda çox şeylər dəyişib. O zaman verilişlərimiz daha çox maarifləndirici idi. İndi də yaxşı bir layihə ilə tamaşaçılarımın qarşısına çıxmağı çox istəyərəm. Ailəm buna mane olmur, ikisi bir arada əlbətdə ki, davam edə bilər. Hər dəfə Azərbaycana gələndə çox şeylər yazılır. Bundan şübhələnmək lazım deyil, çünki, mənim evim, ailəm, anam buradadır. Yoldaşım da buranı çox sevir və biz Azərbaycanda yaşamaq istəyirik".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub