Televiziya efirində qalmaqal yaşanıb.
Mynews.az xəbər verir ki, aparıcı Mikayılın verilişində qonaq olan müğənni Sevgim gözlənilməz reaksiyası ilə diqqət mərkəzinə düşüb.
Veriliş zamanı aparıcı Mikayıl müğənniyə əməkdar artist Yusif Mustafayevlə etdiyi duet barədə sual verib və əlavə olaraq qeyd edib ki, Kəmalə Günəşli də bu yaxınlarda tanınmış reper Qurdla duet ifa edib. Lakin bu müqayisə müğənni Sevgimin narazılığına səbəb olub.
Aparıcının sözünü yarımçıq kəsən Sevgim sərt şəkildə etiraz edib:
“Bura kimlər gəlib? Kimləri çağırmısan? Bizdən danış, niyə başqasından danışırsan? Onları çağıranda onlardan danışarsan. Niyə onlarla məni bir tutursan? Onları bizlə bir tutma” – deyə bildirərək studiyanı tərk edib.
Gözlənilməz vəziyyət qarşısında qalan aparıcı Mikayıl isə cavab olaraq bildirib:
“Kimlə səmimi davranırsan, belə edir. Bu, mənim verilişimdir, özüm bilərəm!”
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub