"Kızılcık Şerbeti” serialında "Nilay" obrazı ilə tanınan aktrisa Feyza Civelek haqqında istintaq başladılıb.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Civelekin keçmiş sevgilisi Alican Kurt bir illik münasibətlərindən sonra sosial media hesabında məşhur aktrisa ilə bağlı paylaşım edib.
Kurtun rəfiqəsinin paylaşıma gülməli rəylər yazması Feyza Civeleki özündən çıxardıb.
Civelek sevgilisinin paylaşımına rəy yazan qıza "Ömründə məni görməmisən, münasibətimə qarışmağa necə haqqın olduğunu düşünürsən? Mən Türkiyənin ən tanınmış aktyorlarından biriyəm, yəqin ki, məni özün kimi aşağı səviyyəli biri hesab edirsən. Bir daha mənim haqqımda danışsan, səni körpüdən asaram, gələn hər kəs üzünə tüpürər” ifadələrini yazıb.
Özünə və rəfiqəsinə yönələn təhdid mesajını görən Kurt, rəfiqəsi ilə birlikdə ədliyyəyə gedərək Feyza Civelekdən şikaətçi olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub