“Mənə dəfələrlə xəyanət edib, hamısını bağışlamışam. Gözümlə görməmişəm, ancaq bilmişəm. Ona heç nə deməmişəm. Bir də ayılıb ki, söhbət bağlanıb”.
Mynews.az xəbər verir ki, bu barədə Kulis.az-a müsahibəsində Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib. Həyat yoldaşının ailəsi ilə münasibətlərindən danışan R.Nuriyeva bildirib ki, ailə quran zaman hər şeyi problem etmək olmaz:
“Bir dəfə ona dedim ki, məndən yaxşısını tapa bilirsənsə, get yaşa. Heç səndən boşanmayacağam da, nə istəyirsən elə. Axşam qayıtdı, dedi ki, səndən yaxşısını tapa bilmədim. Kişidir də... Bir yeməyi nə qədər yemək olar? İndiki cavanların dili çox uzundur…”
O, Yaşar Nurinin ailədə kaprizli biri olduğunu söyləyib: “Mən onun kaprizini ilk gündən görmüşəm. Əsas da geyiminə qarşı kaprizli idi. Son vaxtlar lap əsəbi idi. İstəyirdi ki, bir bəhanə taparaq qışqırıb çıxıb getsin. Mən də pis olurdum. On dəqiqə sonra yığıb soruşurdu ki, necəsiniz? Kaş çox yaşayaydı. Xəstə də olsaydı, ona baxardım. Biz belə bilmişik ki, ailə qurdunsa, ailənə bağlanmalısan”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub