Müğənni Afət Fərmanqızı ikinci dəfə ərə gedib. Mynews.az axşam.az-a istinadən verdiyi məlumatına görə, müğənni özündən yaşca kiçik olan həmkarı Seyran Əliyevlə ailə qurub. Həyat yoldaşı ilə fotolarını sosial şəbəkədə paylaşan A.Fərmanqızının ünvanına təhqirlər yazılıb.
Bir çoxları Seyranın ailəsini ifaçının dağıtdığını qeyd edib. Müğənni ona yazılan “Yuvayıxan” sözlərinə “Seyran mənim ərimdir. Arvadını bir ildir boşayıb, indi məni alıb. Deməli, mən ona layiqəm” cavabını verib.
Əldə etdiyimiz məlumata görə, Afət və Seyran uzun müddət sevgili olublar. Daha sonra onlar ayrılıb, bir müddət əvvəl isə yenidən barışıblar. Hazırda cütlük bir evdə yaşayır.
S.Əliyevin ilk ailəsindən iki övladı var. Afətində bir oğlu var və universitetdə ikinci kursda təhsil alır.
Cütlük ikisinin adına açılan İnstaqram səhifələrini bir neçə gün əvvəl bağlayıblar.
A.Fərmanqızı və S.Əliyev məclislərə də birlikdə gedirlər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub