Bəzi türkiyəli sənətçilərin Əkrəm İmamoğluna açıq dəstək verdikləri üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Efes" və "Aspendos" antik şəhərlərində konsert vermələrinin qadağan olunduğu iddia edilib.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu adlar içərisində Sertab Erener, Cem Adrian, Melek Mosso, Yalın, Melike Şahin, Hadisə və Mabel Matiz də daxil olmaqla bir çox müğənninin adı var.
İddialara görə, Mədəniyyət və Turizm Nazirliyi Əkrəm İmamoğlunun həbsinə reaksiya verən sözügedən sənətçilərin qədim şəhər teatrlarında çıxış etmələrini faktiki olaraq qadağan edib.
Əvvəlcə sözügedən müğənnilərin kon sertlərinin təşkilatçı şirkətlərinə müsbət cavab verən nazirlik daha sonra təşkilatçılara zəng edərək "Bu adların konsertlərinin keçirilməsinə icazə verilmir” deyd qeyd edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub