Tanınmış aparıcı Şəhriyar Əbilov uzun illər çalışdığı Azərbaycan Dövlət Televiziyasından (AzTV) ayrıldığını açıqlayıb.
Mynews.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
"Uzun illərdir ki, Azərbaycan Dövlət Televiziyasında çalışırdım. Bu illər ərzində bir-birindən dəyərli və yaddaqalan layihələrə imza atdım. Bu televiziya mənim üçün sadəcə bir iş yeri yox, həm də dostlar qazandığım, gözəl insanlarla tanış olduğum, böyük bir ailəyə çevrilmiş bir mühit oldu.
Ancaq hər bir başlanğıcın bir sonu olduğu kimi, bu yolun da sonuna gəlib çatdım. Bu gündən etibarən Azərbaycan Dövlət Televiziyası ilə yollarımı ayırıram. Bu vaxta qədər mənimlə çiyin-çiyinə çalışan rəhbərliyə və bütün kollektivə ürəkdən təşəkkür edirəm - göstərilən münasibət, verilən dəyər və dostyana davranış üçün minnətdaram.
Həyat davam edir. Qarşıda yeni kanallar, yeni layihələr və yeni başlanğıclar məni gözləyir. Hər kəsə uğurlar arzulayıram. Haqqınızı halal edin - mən də öz haqqımı halal edirəm".
Qeyd edək ki, Ş.Əbilov son olaraq "Düşən pullar" verilişinin aparıcısı olub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub