Xəbər verdiyimiz kimi, dünən dünya şöhrətli müğənni Castin Timberleykin Bakıda konserti baş tutub.
Bakı Olimpiya Stadionunda (BOS) keçirilən konsertə minlərlə tamaşaçı axın edib.
Bununla yanaşı müğənninin konsertini izləmək üçün Bakıya 20 mindən çox turistin gəldiyi bildirilib.
Bəs dünya ulduzunun Bakı konsertində nə qədər tamaşaçı itirak edib.
Mynews.az bu sualla Bakı Olimpiya Stadionunun mətbuat xidmətinə müraciət edib.
BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə Mynews.az-a açıqlamasında dünən baş tutan konsertdə təxminən 50 minə yaxın insanın iştirak etdiyi bildirib:
"Müğənni Castin Timberleykin Bakı Olimpiya Stadionunda baş tutan konsertinin bilet satışları ilə "İticket" məşğul olurdu. Ancaq onu deyə bilərəm ki, konsertdə təxmini 50 min insan var idi. Bura könüllülər, işçi heyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub