Ərindən boşanması rusiyalı teleaparıcı Olqa Buzovanın xeyrinə işləyib. Ailəsi dağılandan sonra məşhur aparıcının sosial şəbəkədə həm izləyiciləri, həm də qazancı artıb.
Mynews.az-ın istipressə istinadən verdiyi xəbərə görə, "Dom 2" realiti şousunun aparıcısı Olqa Buzovanın futbolçu Dmitriy Tarasov ilə boşanması qalmaqallı proses kimi davam etsə də, hazırda hər şey öz qaydasındadır.
İnstaqram hesabında izləyicilərinin sayı 9 milyon olan telaparıcı bu sevincini izləyiciləri ilə bölüşüb. O, sevimli ev heyvanları olan 3 iti ilə birlikdə yatağa uzanaraq hər kəsə təşəkkür edib.
Rusiya mediası ilə bu artımla Buzovanın sosial şəbəkədə reklam qiymətini də artıracağını yazır. Belə ki, indiyədək teleaparıcının səhifəsində paylaşılan reklam materialının qiyməti 250 min rubldur (təxminən 7500 manat). Bundan sonra qiymətin 10 min manat olacağı ehtimal olunur.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub