Məşhur türkiyəli aktyorlar Fahriye Evcen və Burak Özçivitin boşanmasını iddia edən xəbərlər yayılıb.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu iddiaların yaranmasına səbəb isə aktrisanın sosial şəbəkə hesabında Özçivit soyadını silməsi olub.
Məlumata görə, ayrılıq dedi-qodularının yayılmasından saatlar sonra aktrisa yenidən Özçivit soyadını hesabına əlavə edib.
Məşhur cütlük boşanma şayiələri ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, Fahriye Evcen və Burak Özçivit “Çalıkuşu” serialının çəkilişləri zamanı sevgili olub. Onlar 2016-cı ildə ailə həyatı qurub. Cütlüyün 2019-cu ildə Karan, 2023-cü ildə isə Kərəm adlı övladları dünyaya gəlib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub