Ötən gün Rəqsanə İsmayılova ilə görüşdüm. İki azyaşlı övladından çox narahatdır.
Mynews.az xəbər verir ki, bunu Unikal.az-a açıqlamasında müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib.
"Bildiyiniz kimi, qərardan apellyasiya şikayəti vermişik. Onu da deyim ki, bildiyim qədəri ilə onun səhhətində müəyyən problemlər var. Xəstəliklərin sənədlərini xahiş etmişəm mənə versinlər ki, onları məhkəməyə təqdim edim".
Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub