"Kurtlar Vadisi"nin aktyoru Azərbaycan filmində baş rolda - "The Game" gəlir
Martın 29-da "Yarasa Art Pictures"in istehsal etdiyi "The Game" adlı komediya, macəra və döyüş janrında çəkilmiş yeni filmin premyerası keçiriləcək.
Mynews.az axşam.az-a istinadən bildirir ki, təqdimat mərasimi saat 19:00-da "Cinema Plus"da başlanacaq.
Filmdə Azərbaycan və Türkiyənin tanınmış aktyorları rol alıblar.
Məşhur "Kurtlar Vadisi" serialında "Yıldırım" obrazı ilə tanınan Eray Türk ekran işinin baş rol ifaçısıdır.
Həmçinin türkiyəli aktyorlar Ayşen Batıgün, Serkan Genç filmdə rol alıblar.
"The Game"in ölkənin bütün kinoteatrlarında nümayişi nəzərdə tutulur. Biletləri "Cinema Plus" və Nizami Kino Mərkəzinin kassalarından əldə etmək mümkündür.
Filmdə rus mafiozu Yurinin adamı Nikolay ona xəyanət edərək məşhur "Şərqin ürəyi" adlı almazın xəritəsini oğurlayaraq İstanbula qaçır. Yuri adamlarını Nikolayın ardınca İstanbula göndərir. İstanbulun Kuzey meşəsində Yurinin adamları ilə Nikolay arasında qaçdı-tutdu başlayır. Təsadüf nəticəsində xəritə 3 sərsəri türkün - Dərya, Tayfun və Sedatın əlinə keçir. Onlar bu xəritədəkinin nə olduğunu tapmaq üçün İstanbulda yaşayan azərbaycanlı professorun yanına yollanırlar. Xəritədən məlum olur ki, məşhur "Şərqin ürəyi" adlı almaz Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə saxlanılır. Bu məlumatı aldıqdan sonra türklər Şəkiyə yollanırlar. Türklərin ardınca Şəkiyə rus mafiozu Yurinin adamları və azərbaycanlı mafioz Rüstəm öz adamları ilə bərabər gəlir. Və bütün hadisələr bu məşhur "Şərqin ürəyi" adlı almazın axtarışı ətrafında cərəyan edir.
"The Game" filmi
Janr: Komediya, Macəra, Döyüş
Xronometraj: 100 dəq.
İstehsalçı ölkə: Azərbaycan
İstehsalçı şirkət: Yarasa Art Pictures
Baş ssenarist: Eren Azak
Quruluşçu rejissor: Orxan Bayramov
Baş prodüserlər: Rüfət Alıyev, Orxan Bayramov
İstehsal ili: 2015-2017
CAST:
AYŞEN BATIGÜN
ERAY TÜRK
SERKAN GENÇ
VÜSAL HACI QADİR
YAROSLAV TRİFANOV
RAQİB AXUNDOV
BƏHRUZ VAQİFOĞLU
PƏRVİZ MƏMMƏDRZAYEV
ELŞƏN RÜSTƏMOV
ƏBDÜLQƏNİ ƏLİYEV
VÜSAL MURTUZƏLİYEV
ŞİRZAD PİRALLAHI
GÜLŞƏN HÜSEYNLİ
NAMİQ CAVADOV
FAİQ MİRZƏYEV
PƏRVİN ABIYEVA
CƏMİLƏ TAĞIZADƏ
İQRAR SALAMOV
AKİF YUSİFOV
XANLAR HƏŞİMOV
Maqazin
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1196 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1148 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1138 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1065 dəfə oxunub