"Model karyeramı davam etdirməklə yanaşı, biznesmen və alim də olmaq niyyətindəyəm. Model biznesi mənə daimi, sürəkli təsir bağışlamır".
Honkonqda yaşayan Mia Kanq hazırda modelliklə yanaşı, muay-tay döyüş növü ilə də məşğuldur.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, London Universitetinin maliyyə hüququ və menecmenti fakultəsini bitirmiş 28 yaşlı Mia Kan "Sports Illustrated Swimsuit" jurnalı üçün bir neçə fotosessiyaya çəkiləndən sonra məşhurlaşmışdı.
Ötən ilin əvvəlində Nyu-Yorka yollanmış Mia orada model kimi çalışıb. Eyni zamanda o, Tailandda və Honkonqda muay-tayla da məşğul olub.
Daha doğrusu, Tailanda 10 günlük istirahətə yollanan Mia orada 6 ay qalıb.
"Tailandda muay-taya "vuruldum", məşğul olmağa başladım və 10 günlük istirahət 6 aylıq məşqlərə çevrildi. Zalda məşq etmək, fəndləri öyrənmək çox xoş idi", - Mia söyləyib.
O, indi təhsili davam etdirərək professor və elmlər doktoru titullarını almaq, habelə muay-tay üzrə peşəkar turnirlərə qatılmaq niyyətindədir.











1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub