Tanınmış müğənni Manaf Ağayevin oğlu Elçin Ağayev Bakı Sağlamlıq Mərkəzindəki vəzifəsindən kənarlaşdırılıb.
Mynews.az xəbər verir ki, Elçin Ağayev üç ay öncə Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində direktorun məsləhətçisi vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lərdə yazıldığı kimi, burada “direktorun müşaviri” vəzifəsi yoxdur, Elçin Ağayevin təyin olunduğu vəzifə “direktorun məsləhətçi” postu olub.
Manaf Ağayevin oğlu bu postda cəmi üç ay işləyib və sentyabr ayında işdən çıxarılıb. Onun işdən çıxarılma səbəbi etimadı doğrultmamasıdır.
Elçin Ağayev daha əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb. (Modern.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub