Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən narkotik və ya stimullaşdırıcı maddə istifadəsi iddiası ilə başladılan istintaq çərçivəsində 19 məşhur sima saxlanılıb.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arsında məşhur müğənni Hadisə də olub.
Eyni günün axşamında Ankarada konsert proqramı olan sənətçi, yaşadıqları ilə bağlı danışarkən göz yaşlarını saxlaya bilməyib:
"Səhər saat 06:30-da qapımı döydülər, "jandarma gəldi” dedilər. Bu mənə çox ağır gəldi, məni çox incitdi. Mən həyatım boyunca siqaret belə çəkməmişəm. Bu məsələdə tər-təmiz olduğumu bildiyim üçün yaşadıqlarım məni çox üzdü".
Konsert zalında Hadisənin ünvanına dəstək şüarları səsləndirilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub